Blog AZ

Təlim harada keçir: Bakıda master-klasslar, Aralıq dənizində praktika

Aralıq dənizində spinakerlərlə iki yelkənli yaxta

Məktəbimizdə təlim üç yerdə keçir: evdə kompüter arxasında, Bakı buxtasında və Aralıq dənizində. Niyə belə olduğunu və hər mərhələdə Sizi nə gözlədiyini danışırıq.

Evdə: nəzəriyyə

Nəzəriyyə onlayn keçilir. Bu, işləyənlər və Bakıda yaşamayanlar üçün rahatdır: istənilən ölkədən və öz tempinizlə oxumaq olar. Kurs il boyu açıqdır, dərslər rus, ingilis və Azərbaycan dillərindədir.

Bakı buxtası: master-klasslar

İlk çıxışlar üçün Bakı buxtası yaxşı uyğundur: burada demək olar ki, həmişə külək olur, buxta isə açıq dənizdən adalarla qorunur. Manevrləri sakit şəkildə məşq etmək olar.

Altı nəfərədək qruplarda master-klasslarda bunlar məşq edilir:

  • yelkənlərin qaldırılması və endirilməsi;
  • oversteq və fordevind dönmələri;
  • motor altında manevrlər;
  • körpüyə yanalma.

Sükan arxasında hər kəs dayanır. Master-klasslar maydan oktyabradək keçirilir.

Master-klasslar hazırlıqdır. IYT sınaq praktikası Xəzərdə keçirilmir.

Aralıq dənizi: sınaq həftəsi

Skipper sertifikatı üçün IYT dəniz şəraitində praktika tələb edir: ən azı 150 mil, gecə növbəsi, çarter yaxtasının qəbulu və təhvili. Xəzərdə belə şərait yoxdur. Buna görə sınaq həftəsi Aralıq dənizində — Türkiyədə və ya Xorvatiyada keçir.

Həftə ərzində nə baş verir.

Çıxışa hazırlıq. Ekipaj üçün təhlükəsizlik təlimatı. Gövdənin və takelajın (dor ağacı, yelkənlər, iplər), mühərrikin və sistemlərin yoxlanılması. Yanacaq, su və ərzaq ehtiyatı. Vəzifələrin bölüşdürülməsi.

Keçidlər. Gündüz və gecə sahil boyu üzmə, cəmi 150–200 mil. Kursantlar hava proqnozunu özləri alır və keçidləri ona əsasən planlaşdırırlar.

Yanalma və dayanacaqlar. Bortla (yan tərəflə körpüyə), burunla və arxa tərəflə yanalma. Tanış olmayan limanlara və «vəhşi» buxtalara giriş, lövbərə durma.

Tuzik və təhlükəsizlik. Tuzikin — asma motorlu şişmə qayığın idarə edilməsi. Dənizə düşmüş insanın xilası üzrə məşq.

İmtahan. Praktiki hissə — suda, IYT imtahançısı ilə.

Bütün həftə ekipaj yaxtada yaşayır. Praktika mövsümü — aprel–may və sentyabr–oktyabr.

Mərhələni ötürmək olarmı

Bakıda master-klassları — olar. Bakıda yaşamayanlar nəzəriyyəni onlayn keçir və birbaşa praktikaya gedir. Və ya harada olduğunuzu bizə bildirin: bəlkə Sizə daha yaxın yerdə master-klass tapa bilərik.

Aralıq dənizində praktikanı — olmaz. Onsuz beynəlxalq skipper sertifikatı verilmir.

Sertifikatlar haqqında ətraflı — «IYT yoxsa ICC» məqaləsində. Proqram və ən yaxın qruplar — məktəb səhifəsində: yacht.az/az/school

Bu məqalə digər dillərdə: Русский · English